Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev rayonumuzda qəbul keçirmişdir

10 dekabr 2014 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşləri davam edir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev dekabrın 10-da rayonumuzda  Sabirabad, Ağcabədi, Beyləqan, Saatlı, İmişli, Cəbrayıl, Füzuli, Xocavənd və Laçın rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Nazir əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərimizin mərkəzində yerləşən abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoymuşdur. Daha sonra rayon mədəniyyət evinin binasında görülmüş son tamamlama işləri  ilə maraqlanmış, müvafiq tapşırıqlarını vermişdir.
Heydər Əliyev Mərkəzində keçirilən qəbula 40-dan çox vətəndaş  yazılmışdı.
Nazirliyin məsul işçilərinin iştirak etdikləri görüşdə vətəndaşların müxtəlif məsələlərə dair  xahiş və təklifləri səsləndirilmişdir. Müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təminat, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının  təbliği, uşaq incəsənət və musiqi məktəblərində yeni şöbələrin açılması və digər məsələlərlə bağlı olmuşdur. Sabirabad rayonunda xalq teatrının əlillərdən ibarət qrupunun hazırladığı tamaşaların ölkə səviyyəsində  keçirilən tədbirlərdə nümayişinin təşkil olunmasına kömək göstərilməsi və s. məsələlərlə bağlı xahişlər də olunmuşdur.
Qəbul başa çatdıqdan sonra Heydər Əliyev Mərkəzində nazirliyin məsul işçilərinin, bölgənin Mədəniyyət və Turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir.

Keçidlər