Sabirabadda «Yaşıl marafon» davam edir
29 noyabr 2014 | 16:00
Heydər Əliyev Fondunun vitse- prezidenti, İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən «Ümumrespublika yaşıllaşdırma» marafonu çərçivəsində ağacəkmə kampaniyası rayonumuzda uğurla davam etdirilir. Şəhərimizdə, kəndlərdə müxtəlif növ ağac və bəzək kolları əkilir, yeni yaşıllıq zolaqları salınır. Ağacəkmə aksiyasında rayonun idarə, müəssisə və təşkilatlarının da kollektivləri xüsusi fəallıq göstərirlər. İməciliklər zamanı müxtəlif növ ağac və bəzək kolları əkilir, əvvəllər əkilmiş yaşıllıqlara lazımi qulluq göstərilir.