Şriftin ölçüsü :

Saytın rəngi :

14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib

11 iyun 2026 | 16:40

14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə Şirvan şəhərində tədbir keçirilib. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi, İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Fərid Ağayev bu günün mahiyyəti, qan donorluğunun əhəmiyyəti barədə danışıb. Bildirib ki, son illər ölkəmizdə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunub. Bu gün ölkəmizdə səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı dayanır. Səhiyyənin bütün istiqamətləri üzrə, o cümlədən qan donorluğu sahəsində mühüm addımlar atıldığını qeyd edib.

Daha sonra tədbirdə çıxış edənlər bildirib ki, Ümumdünya Qan Donoru Günü təhlükəsiz qan və qan komponentlərinə olan tələbata ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə maarifləndirmə işini genişləndirmək, eyni zamanda, öz qanı ilə ehtiyacı olan şəxslərin həyatını xilas edən donorlara ehtiram nümayiş etdirmək məqsədi daşıdığını qeyd ediblər.

Tədbirin sonunda könüllü qanvermə hərəkatına göstərilən dəstəyə görə fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib, qan xidməti sahəsində əməkdaşlıq edən qurumlara və fərdi donorlara minnətdarlıq ifadə edilib.

Qeyd edək ki, tədbirdə bir sıra dövlət və özəl təşkilatların əməkdaşları, fərdi donorlar iştirak ediblər.

Xatırladaq ki, 14 İyun - Ümumdünya Qan Donoru Günü 2005-ci ildə təsis edilib. Həmin ilin mayında Cenevrədə Dünya Səhiyyə Təşkilatı Assambleyasının 88-ci sessiyasında 14 iyunun könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi qəbul olunması barədə qərar qəbul edilib.

Keçidlər