Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş təntənəli tədbir

08 noyabr 2014 | 16:00

   Noyabrın 8-də Sabirabadda Azərbaycan bayrağı və Azərbaycan Konstitusiyası Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
   Tədbir iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri düzdülər.
   Sonra şəhərimizdəki Dövlət Bayrağı Meydanına yürüş başlandı. Yürüş iştirakçıları üçrəngli Azərbaycan bayrağını  əllərində meydana gətirmişlər.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
   Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Dövlət Bayrağı və Konstitusiya günləri münasibətilə rayon ictimaiyyətini təbrik etmiş və xoş arzularını çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş və 1920-ci ilin  aprelinədək dövlət statusuna malik olmuşdur. Həmin Bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq  təsdiq edilmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti «Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında» qanun qəbul edərək onu  Dövlət Bayrağı elan etmişdir.
2004-cü il iyunun 8-də «Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilmişdir. Dövlət Bayrağı respublikanın dövlət qurumları və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mühüm beynəlxalq tədbirlər, mərasimlər və məclislərlə yanaşı, iri miqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli bayrağımız təcəssüm etdirilir. Azərbaycan   Respublikası Prezidentinin «Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında» 2007-ci il  17 noyabr tarixli sərəncamı  Dövlət Bayrağının dövlət rəmzləri sırasında xüsusi yerini  müəyyən etmişdir. Azərbaycan Respublikasının Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikası dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də «Azərbaycan Respublikası Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» sərəncam imzalamışdır. O vaxtdan hər il noyabrın 9-da Azərbaycan   Respublikasının Dövlət Bayrağı Günü qeyd edilir. Bu bayram  qeyri-iş günü olan bayramlar sırasına daxil edilmişdir.
   Cənab Nazim İsmayılov eyni zamanda Konstitusiya Günü münasibətilə də tədbir iştirakçılarını, bütün sabirabadlıları ürəkdən təbrik etmişdir. O qeyd etmişdir ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya üzrə komissiya fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası  qəbul olundu. 1996-cı il fevralın 6-da ulu öndər Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-si Konstitusiya Günü elan edilmişdir.

Keçidlər