Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda mülki müdafiə təlimləri keçirilmişdir

07 noyabr 2014 | 16:00

   03-07 noyabr 2014-cü il tarixlərdə Sabirabad rayonunda «Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili» mövzusunda kompleks mülki müdafiə təlimi keçirilmişdir. Sabirabad «Sənaye törəmə» müəssisəsinin  ərazisində keçirilən kompleks təlimə rayon İcra Hakimiyyətinin mərkəzi aparatı, rayon fövqəladə hallar komissiyası, rayonun mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə qüvvə və vasitələri, təsərrüfat  obyektləri cəlb olunmuşdur.
   Kompleks təlimin keçirilməsində məqsəd «Mülki müdafiə haqqında» Azərbaycan Respublikası Qanununun, «Mülki müdafiənin  təmin edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli 193 nömrəli  qərarının, fövqəladə hallardan mühafizə və mülki müdafiə sahəsində  normativ sənədlərin tələblərinə  əməl olunmasının və mülki müdafiə idarəetmə  orqanlarının, fövqəladə hallar üzrə komissiyanın qarşıda duran vəzifələrin yerinə yetirilməsinə hazırlığının yoxlanılmasından, fövqəladə hallar zamanı əhalinin və işçilərin  mühafizəsinin təşkili ilə bağlı mülki müdafiə tədbirlərinin yerinə yetirilməsindən, mülki müdafiə qüvvələrinin idarə olunması üzrə mülki müdafiə  idarəetmə orqanlarının və rəhbər heyətin  əməli vərdişlərinin və hazırlığının  təkmilləşdirilməsindən, mülki müdafiə idarəetmə orqanlarına, qüvvələrinə, fövqəladə hallar üzrə komissiyalara, rəhbər heyətə və işçilərə  fövqəladə hadisələrin nəticələri aradan qaldırılarkən xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və yerinə yetirilməsi üzrə praktiki vərdişlərin aşılanmasından ibarət olmuşdur.
   Təlim zamanı rayonun mülki müdafiə qüvvələri şərti olaraq fövqəladə hal baş vermiş ərazinin mühafizəsi, əraziyə giriş- çıxışın məhdudlaşdırılması, baş vermiş yanğınların söndürülməsi, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması və sair işlərinin aparılması ilə bağlı  tapşırıqları yerinə yetirmişlər.
Kompleks təlimdə rayonun hərbiləşdirilməmiş dəstələrinin  245 nəfər şəxsi heyəti və 42 ədəd texnikası  iştirak etmişdir.
   Təlimin gedişində rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti təşkil edilmiş və qarşıya qoyulmuş məqsədə nail olunmuşdur.
    Təlimin sonunda rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov iştirak və çıxış etmişdir.

Keçidlər