Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Zona toplantısı

30 oktyabr 2014 | 16:00

   Oktyabrın 31-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının Zona toplantısı keçirilmişdir. Tolantıya Sabirabad, Salyan, Saatlı, Hacıqabul, Nefttçala, Beyləqan, Füzuli, İmişli, Cəbrayıl və Xocavənd rayonlarından və Şirvan şəhərindən fəal qadınlar qatılmışlar. Toplantı iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərimizin mərkəzində ucaldılmış abidəsinin önünə gül-çiçək dəstələri qoymuşlar.
   Yığıncağı giriş sözü ilə YAP Sabirabad rayon təşkilatının Nadir Quliyev açaraq qonaqları və tədbir iştirakçılarını salamlamışdır.
   Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.  
   Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri Nurlana Əliyeva, Azərbaycan Dövlət Tibb Universitetinin professoru, YAP Qadınlar Şurası İdarə Heyyətinin üzvü Rəna Əliyeva məruzə etmişlər.
   Şirvan şəhər Qadınlar Şurasının sədri Nəmidə Namini, İmişli, Xocavənd, Sabirabad, Salyan YAP Qadınlar Şurasının sədrləri Zahidə Zülfüqarova, Gültəkin Ağayeva, Məleykə Həsənova, Fatma Səmədzadə məruzələr ətrafında çıxış edərək cəmiyyətdə qadınların tutduqları mövqedən danışmışlar. Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev azərbaycan qadınlarını yüksək dəyərləndirmiş, onlara daim qayğı göstərmişdir. Bu ənənə hazırda ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Keçidlər