Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir.

17 oktyabr 2014 | 15:00

    Oktyabrın 17-də Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarından olan vətəndaşları qəbul etmişdir.
     Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti Mil-Muğan ərazisində suvarma sistemində yaranmış problemlər, subsidiyaların miqdarı, kənd təsərrüfatı texnikasının güzəştli kreditlər hesabına alınması, toxumçuluğun inkişaf etdirilməsi, heyvanlar arasında yaranmış xəstəliklər və işlə təmin edilmə ilə bağlı olmuşdur.
    Qəbul zamanı vətəndaşları narahat edən bir çox məsələlər yerindəcə həll olunmuş, digər müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınaraq nəzarətə götürülmüşdür.
    Qəbul başa çatdıqdan sonra Heydər Əsədov Sabirabadda 1200 şagird yerlik M.Ə.Sabir adına 1 nömrəli tam orta məktəbi, Heydər Əliyev Mərkəzi, Zona baytarlıq idarəsi ilə tanış olmuşdur. Daha sonra nazir Saatlı rayonunda yeni inşa olunan Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasına baxış keçirmişdir.

Keçidlər