Sabirabadda qanvermə aksiyası
10 sentyabr 2014 | 15:00
Sentyabrın 10-da Sabirabad rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara qanvermə aksiyası keçirilmişdir. Mərkəzi Rayon Xəstəxanasının Poliklinika şöbəsində qan verilməsi üçün bütün lazımi şərait yaradılmışdır.
B.Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutu nəzdində Mərkəzi Qan Bankının şöbə müdiri Gülarə Abbasova və Qan Bankının əməkdaşları tərəfindən aparılan könüllü qanvermə aksiyasında rayonun 204 nəfər sakini iştirak etmişdir.