Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad müəllimlərinin sentyabr konfransı

05 sentyabr 2014 | 15:00

    Sentyabrın 5-də Heydər Əliyev Mərkəzində rayon müəllimlərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
   Tədbirdə ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəsissələrinin rəhbərləri, qabaqcıl müəllimlər, 500-dən yuxarı bal toplayaraq tələbə adını qazanmış məzunlar, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak etmişlər.
   Rayon Təhsil şöbəsinin müdiri Elman Bünyadov 2014-2015-ci  tədris  ilinin yekunları və qarşıda duran vəzifələr mövzusunda məruzə etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək qazanılan uğurları yüksək qiymətləndirmiş, rayon təhsili sahəsində mövcud nöqsanların aradan qaldırılması üçün lazımi tövsiyyə və tapşırıqlarını vermişdir. Təhsil Nazirliyinin nümayəndəsi professor Asif Hacıyev çıxış edərək görülən işləri yüksək qiymətləndişmiş və qarşıda duran vəzifələrdən danışmışdır.
    Konfransda həmçinin yüksək bal toplayaraq tələbə adını qazanmış məzunlara rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur. Bir qrup müəllim də Fəxri fərmanla təltif edilmişdir.
    Konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul edilmişdir.

Keçidlər