Sabirabad rayonunun Şəhriyar kəndində əhali ilə görüş
İyulun 17-də Sabirabad rayonunun Şəhriyar kəndində əhali ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administasiyasının nümayəndəsi Dəyanət Abdullayev, rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov, RİHB aparatının məsul işçiləri, hüquq mühavizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Görüşdə ərazidə görülmüş işlər, həllini gözləyən problemlər geniş müzakirə olunmuşdur. Prezident Administasiyasının nümayəndəsi Dəyanət Abdullayev qaldırılmş məsələlərə münasibət bildirmiş, aidiyyəti üzrə tövsiyyə və tapşırıqlar verilmişdir.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov yekunlaşdırmışdır.