Şriftin ölçüsü :

Saytın rəngi :

2014-cü ilin I yarımilliyində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq

15 iyul 2014 | 15:00

     Heydər Əliyev Mərkəzində 2014-cü ilin  I  yarımilliyində sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir.  Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq–mühavizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairələri  üzrə nümayəndələri, bələdiyyə sədrləri, ictimai təşkilatların və mətbuat nümayəndələri  dəvət olunmuşlar.
Yığıncaqda rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədirliyi ilə  10 iyul 2014-cü il tarixdə  Nazirlər Kabinetinin cari ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ökə başçısı tərəfindən iqtisadiyyatın bütün sahələri ətraflı  təhlil edilmiş, icra strukturları qarşısında strateji əhəmiyyət kəsb edən vəzifələr müəyyənləşdirilmişdir.
    Sabirabad rayonunda da aparılan ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində rayon iqtisadiyyatında əsaslı irəliləyişlər diqqətə çatdırılmışdır.
    Qeyd edilmişdir ki, əhalinin məşğulluğunun təmin edilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuş, yeni müəssisələrin və iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilmişdir. Ölkə başçısının rayona göstərdiyi qayğısı  nəticəsində rayonda geniş abadlıq – quruculuq işləri aparılmışdır.

Keçidlər