Azərbaycan polisinin yaranmasının 96-cı ildönümünə həsr olunmuş bayram tədbiri
İyulun 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan polisinin yaranmasının 96-cı ildönümünə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Öncə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyev abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Tədbiri giriş sözü ilə rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev açaraq polis günü münasibəti ilə səmimi ürək sözlərini, təbriklərini çardırmışdır. Azərbaycan Respublikasının Dövlət himni səslənmiş, Azxərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubovun təbrik teleqramı oxunmuşdur.
Rayon İcra Hakimiyyətin başçısı Nazim İsmayılov yığıncaqda çıxış edərək polis işçilərinin peşə bayramı münasibəti ilə təbrik etmişdir.
Bir qrup polis əməkdaşına, eləcə də polis veteranlarına rayon İcra Hakimiyyətinin və rayon Polis şöbəsinin fəxri fərmanları, pul mükafatları, qiymətli hədiyyələr təqdim edilmişdir.