Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçuların Peşə bayramı

23 iyun 2014 | 15:00

   İyunun 23-də rayon İcra Hakimiyyətində Dövlət Qulluqçuların Peşə bayramına həsr olunmuş tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları müstəqil Azərbaycanın banisi və qurucusu ümummilli lider Heydər Əliyevinin abidəsi önünə gələrək onun əziz xatirəsini ehtiramla yad etmiş, qarşısına gül dəstələri qoymuşlar.
   Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açaraq Dövlət Qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etmiş, onlara xöşbəxtlik və səadət, işlərində uğurlar arzulamışdır.
   Qeyd olunmuşdur ki, dövlət qulluqçularının hər biri çalışdıqları sahədə sosial- iqtisadi inkişafın təmin edilməsində, vətəndaşların hüquq və vəzifələrinin qorunmasında, əhalinin sosial-məişət problemlərinin həllində əhəmiyyətli rol oynayır və onların üzərinə böyük məsuliyyət düşür.

Keçidlər