Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Respublika günü münasibətilə tədbir keçirilmişdir

28 may 2014 | 15:00

Azərbaycan Xalq Cümhuriyyətinin 96-cı ildönümü münasibətilə Sabirabad rayonunda keçirilən tədbirdən əvvəl Ulu öndərin abidəsi önünə tər gül-çiçək qoyuldu. Tədbirin əvvəlində dövlət himni səsləndirildi. Sabirabad rayon İcra Hakimiyyətinin başçısının I müavini Həsən Həsənov tədbiri giriş sözü ilə açaraq geniş çıxış etdi. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi olduğundan, XX əsrin sonunda milli dövlətçiliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, ölkəmizin milli dövlətçilik tarixindən, ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda Heydər Əliyev siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən ətraflı danışdı və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində dövlətimizin çox sürətlə inkişaf etməsindən, müstəqilliyimizin daha da möhkəmləndiyindən bəhs etdi.
Axırda tədbir iştirakçıları tərəfindən dövlət başçısına yekdilliklə müraciət qəbul edildi.

Keçidlər