Rayonumuza yeni 14 ekskavator və 22 taxılbiçən kombayn verilmişdir
Mayın 21-də rayonumuza yeni verilmiş texnikaların təqdimat mərasimi keçirilmişdir. «Belarus» markalı ekskavatorların təqdimat mərasimi Qaratəpə kəndində- Suvarma Sistemləri İdarəsinin həyətində olmuşdur.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq bütün sahələrdə böyük layihələr həyata keçirilir. SİB-lərin inkişafına dəstək layihəsi də bunun tərkib hissəsidir. Sabirabad iri kənd təsərrüfatı rayonudur. Tarlaların aqrotexniki qaydada suvarılmasında, torpaqların meliorativ cəhəddən yararlı hala salınmasında və digər işlərin görülməsində texnikanın rolu böyükdür. Əminəm ki, bu gün rayonumuza verilən yeni texnikalardan səmərəli istifadə olunacaqdır.
Sabirabad-1 rayon dəstək qrupunun rəhbəri Adil Şabanlı Ulacalı SİB-in sədri Zaməddin Cəfərov, Qaratəpə kənd sakini, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Elə həmin gün «Aqrolizinq» ASC rayon filialının həyətində rayonumuza yeni verilmiş 22 müasir taxılbiçən kombaynın təqdimatı ilə əlaqədar mərasim düzənlənmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq bildirmişdir ki, bu gün dövlət büdcəsindən ayrılmış vəsait hesabına rayonumuza 22 ədəd yeni müasir taxılbiçən kombayn verilmişdir. Əminik ki, bu taxıl biçini vaxtında və keyfiyyətlə aparılmasına şərait yaradacaqdır.
Mərasimdə Fəvqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan Regional Mərkəzinin şöbə rəisləri Miri Vüqar və Yadigar Abbasov, «Aqrolizinq» ASC rayon filialının müdiri Hüsü Ağammədov, Güdəcühür kənd sakini, sahibkar Bəydabə Vəliyev çıxış edərək yanğın təhlükəsizliyindən danışmış və göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.