Ulu öndər Heydər Əliyevin yubileyi münasibətilə böyük konsert proqramı
16 may 2014 | 15:00
«Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda keçirilən konfransın rəsmi hissəsindən sonra Heydər Əliyev adına şəhər mədəniyyət və istirahət parkında Gənclər və İdman Nazirliyi, habelə «Azad Azərbaycan» telekanalının birgə hazırladıqları geniş konsert proqramı olmuşdur. Konsertdə respublikanın xalq artisti Bilal Əliyev, əməkdar artistlər Könül Xasıyeva, Mətanət İsgəndərli, Təyyar Bayramov, tanınmış ifaçılardan Könül Kərimova, Sevda Yəhyayeva, Vasif Məhərrəmli, Fədayə Laçın, «Cahan» qrupu və başqaları çıxış etmişlər.
Konsert proqramı atəşfəşanlıqla başa çatmışdır.