Şriftin ölçüsü :

Saytın rəngi :

«Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda rayon gənclərinin konfransı

15 may 2014 | 15:00

Mayın 15-də Heydər Əliyev Mərkəzində «Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu» mövzusunda konfrans keçirilmişdir. Konfrans iştirakçıları öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüşlər.
Konfrans açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, millət vəkilləri Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Ceyhun Osmanlı, «Debat» Vətəndaş Cəmiyyəti İB-nin Sabirabad nümayəndəliyinin rəhbəri Murad Həsənli, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Aytac Cəfərli, rayon Gənclər Mərkəzi könüllülər qrupunun üzvü  Zaur Mikayılov, YAP rayon təşkilatının məsul işçisi Rəşad Rəhimov konfransda çıxış etmişlər.
Çıxışlar dinlənildikdən sonra  zalda yerləşdirilən mikrofonlar vasitəsilə gənclər rəyasət heyətinə suallar ünvanlamış, təkliflərini bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov konfransda iştirak və çıxış etmişdir.

Keçidlər