Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda veteranlarla görüş

10 may 2014 | 15:00

1941-1945-ci illər Böyük Vətən Müharibəsində alman faşizmi üzərində tarixi qələbənin 69-cı ildönümü münasibətilə Sabirabad rayonunda tədbir keçirilmişdir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov veteranları salamlayaraq xatırlatdı ki, bu müharibədə 600 mindən çox həmyerlimizdən 300 minə yaxını döyüşlərdə həlak olmuş, 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adı almış, 170 mindən çoxu orden və medallara layiq görülmüşdür. Bu amansız müharibədə böyük rəşadət göstərdiklərinə görə 3 min nəfərdən çox sabirabadlı da orden və medallarla təltif olunmuşdur.
İcra başçısı vurğuladı ki, 1990-ci illərin əvvəllərində hakimiyyətdə olanlar həmyerlilərimizin ikinci dünya müharibəsində göstərdikləri qəhrəmanlıqları unutmağa çalışmışlar. Hətta 9 mayın Qələbə günü kimi qeyl olunması qadağan edilmişdi. Heydər Əliyevin hakimiyyətə qayıdışı bir çox sahələrdə olduğu kimi, müharibə veteranlarına bəslənilən ögəy münasibətə də son qoydu. Veteranlar yenə də hörmət və ehtiram, qayğı ilə əhatə olundular. Bu gün də müharibə veteranları diqqət mərkəzindədirlər. Aprelin 30-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən Müharibəsi iştirakçılarına 700 manat məbləğində birdəfəlik yardım verilməsi və veteranlara verilən prezident təqüdünün artırılması barədə müvafiq Sərəncamları bu qrupdan olan insanlara qayğının bir daha parlaq ifadəsidir.
Tədbirdə Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Rəsul Babayev, rayon Polis şöbəsinin rəisi Mübariz Quliyev və başqaları çıxış edərək gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında veteranların üzərinə böyük iş düşdüyündən danışmış və onları Qələbə bayramı münasibətilə təbrik etmişdir.
Sonra veteranlar adından çıxış edən Veteranlar şurasının sədri Zülfəli Əliyev onlara göstərilən daimi qayğıya görə ölkə Prezidentnə minnətdarlığını bildirmiş və rayon rəhbərinə öz razılığını ifadə etmişdir.
Axırda müharibə iştirakçılarına maddi yardım göstərilmişdir.

Keçidlər