Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda idmanın kütləviliyinin artırılması ilə bağlı tədbir

01 may 2014 | 15:00

Aprelin 30-da rayon İcra Hakimiyyətində rayonda idmanın kütləviliyinin artırılması ilə bağlı iclas keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev respublikada idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi üçün Olimpiya İdman Komplekslərindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə olunması ilə bağlı mərkəzi və yerli icra orqanları qarşısında mühüm vəzifələr qoymuşdur. Bu vəzifələrin yerinə yetirilməsi məqsədilə İcra Hakimiyyəti başçısının sərancamı ilə işçi qrupu yaradılmışdır.
Rayonda futbol, üzgüçülük, dama, şahmat, karate, voleybol, güləş, nərd, atletika, bilyard, stolüstü tennis, boks və idmanın digər növləri üzrə klub və bölmələri təsis edilmişdir.
Klub və bölmələrin rəhbərlərinə tapşırılmışdır ki, ayrı-ayrı idman növləri üzrə yarışların təşkilini və yüksək səviyyədə keçirilməsini təmin etsinlər. Görülmüş işlər və keçirilən yarışlar barədə mütəmadi olaraq yerli «Suqovuşan» qəzetində məlumatlar verilsin.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev insanların sağlamlığı, asudə vaxtlarının səmərəli təşkili, yeniyetmə və gənclərin idmana olan maraqlarının artırılması məqsədilə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışmışdır.
Digər qurumların təmsilçiləri də çıxış edib təkliflər irəli sürmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov iclasa yekun vuraraq müzakirə olunan və digər məsələlər barədə göstəriş və tapşırıqlarını vermişdir.

Keçidlər