Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Gənclər birliyi konfrans keçirmişdir

30 aprel 2014 | 15:00

Aprelin 29-da Heydər Əliyev Mərkəzində rayonumuzun, habelə Şirvan şəhərinin, Salyan, Neftçala, Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Füzuli, Xocavənd, Cəbrayıl rayonlarının gənclər birlikləri təmsilçilərinin qatıldıqları  «Heydər Əliyev və Azərbaycan gəncliyi» mövzusunda konfrans keçirilmişdir.
Konfransdan öncə qonaqlar və rayonların gənclər birliklərinin sədrləri şəhərimizin mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
İştirakçılar Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Konfransı giriş sözü ilə YAP Sabirabad rayon təşkilatının sədri Nadir Quliyev açmışdır. Ulu öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tutur. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu öndərin böyük fəaliyyəti olmuşdur. Ümummilli lider Heydər Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər, İdman və  Turizm Nazirliyi yaradılmışdır. 1995-ci ildə isə Ulu öndər Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürmüş, 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmişdir. 1 fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər «2 fevral-Azərbaycan gəncləri gününün elan edilməsi haqqında» sərəncam imzalamışdır. Məhz Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunmuşdur. Natiqlər dönə-dönə xalqımızın Ümummilli lider Heydər Əliyevə minnətdarlıqlarını ifadə etmişlər
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, YAP Saatlı, Hacıqabul, Beyləqan, Füzuli rayon təşkilatları gənclər birliklərinin sədrləri Elşən Əzizov, Saleh Əsgərov, Müşfiq Məhərrəmov, Tural Nəbiyev, YAP Şirvan şəhər təşkilatı gənclər birliyi sədrinin müavini Namini Nəmidə konfransda çıxış etmişlər. Gənclər cəmiyyətin dinamik zümrəsi olmaqla, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirak edir, ölkədə baş verən bütün proseslərin mərkəzində dayanırlar. Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də onun gələcəyimizə-Azərbaycan gəncliyinə verdiyi töhfələrdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, YAP siyasi şurasının üzvü  cənab Nazim İsmayılov konfranda iştirak və çıxış etmişdir.

Keçidlər