Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Mərkəzində nikah

27 aprel 2014 | 15:00

Aprelin 26-da Heydər Əliyev Mərkəzində yeni ailə quran gənclərin nikah mərasimi keçirilmişdir.
Yeni ailə quran bəylə gəlin-Əliyev Tural Aslan oğlu, Əsədova Rasimə Əfqan qızı əvvəlcə ulu öndər Heydər Əliyevin mərkəzdəki büstünü ziyarət  etmişlər. Onlar abidənin önünə gül dəstələri düzmüşlər.
Sonra  rayon Qeydiyyat Şöbəsi mövcud qanunvericiliyə uyğun olaraq bəylə gəlinin nikahlarını rəsmiləşdirmişdir. Onlara nikah şəhadətnaməsi təqdim edilmişdir. «Vağzalı»nın sədaları altında  bəylə gəlin nişan üzüklərini dəyişdirmişlər. Mərasim iştirakçıları çıxış edərək  yeni ailə quran gənclərə xoşbəxtlik, səadət diləmişlər.
Yeni ailəyə rayon rəhbərliyi tərəfindən qiymətli hədiyyə verilmişdir.

Keçidlər