Millət vəkili Əhliman Əmiraslanov seçicilərlə görüşmüşdür
Millət vəkili, Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov aprelin 13-də rayonumuzda olaraq seçicilərlə görüşmüşdür.
Görüşdən öncə xalqımızın ümummilli lideri Heydər Əliyevin möhtəşəm abidəsi önünə gül dəstələri qoyulmuş, xatirəsi ehtiramla yad edilmişdir.
Yeni Azərbaycan Partiyası rayon təşkilatının inzibati binasında baş tutan görüşdə millət vəkili seçicilərin çoxsaylı suallarını cavablandırmış, qazanılmış uğurlardan, mövcud problemlərin həlli yollarından danışmışdır.
Tədbirdə Cavad, Zəngənə, Qasımbəyli, Narlıq, Yuxarı Axtaçı, Türkədi kənd sakinləri Hacı Mirfəttah Aslanov, Sədaqət Rəsulova, Nizami Xəlilov, Hidayət İsmayılov, Afət İsgəndərov, Saleh İsgəndərov, Cəmil Məmmədov, Xəzər Abuşov və başqaları çıxış edərək onları narahat edən məsələlərdən, sosial problemlərdən danışmışlar.
Qaldırılan bəzi məsələlər həllini tapmış, digər məsələlər isə nəzarətə götürülmüşdür.