Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda soyqrım qurbanlarının xatirəsinə böyük ehtiram

01 aprel 2014 | 15:00

Min illərdən üzübəri davam edən unutqanlığımız, laqeyidliyimiz xalqımızın saysız-hesabsız erməni cinayətlərinə tuş etmişdir. Azərbaycanın minlərlə qəhrəman övladları, zəka sahibləri məhz erməni xəyanətinin qurbanı olmuşlar.
İlk dəfə Ümummilli liderimiz Heydər Əliyev xalqımızın tarixi və milli yaddaşını özünə qaytardı, unutqanlığımıza son qoydu, ermənilər tərəfindən azərbaycanlıların soyqrımı barədə ilk hüquqi sənədi tariximizin səhifəsinə yazdı. Bu gün isə Azərbaycan Prezidenti cənab İlham Əliyev erməni kimliyini, ermənilərlə bağlı həqiqətləri dünyaya çatdırır, xalqımızın qan yaddaşını möhkəmləndirir. Ölkə başçısının bu istiqamətdə siyasəti Sabirabad rayonunda da ardıcıllıqla yerinə yetirilir. Rayonda 31 mart azərbaycanlıların soyqrımı gününün qeyd edilməsi barədə geniş tədbirlər planı təsdiq olunmuş, idarə və müəssisələrdə, təhsil ocaqlarında bu səpgili tədbirlər keçirilmişdir.
Martın 31-də isə bu tədbirlərin davamı olaraq şəhərin Muğan prospektində soyqrım qurbanlarının xatirəsinə ucaldılmış «Kədərli Ana» abidə kompleksinin önünə tər güllər düzülmüş, “Şəhidlər xiyabanı” ziyarət olunmuşdur.
Heydər Əliyev Mərkəzinin böyük zalında bu münasibətlə geniş mərasim  keçirilmişdir. Tədbirin əvvəlində soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Aparıc tarixin müxtəlif mərhələlərində xalqımızın başına gətirilən müsibətlərdən danışmış, Ulu öndərimiz Heydər Əliyevin «Azərbaycanlıların soyqrımı haqqında» fərmanının tarixi əhəmityyətindən bəhs etmiş, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin Dağlıq Qarabağla bağlı siyasətini mərasim iştirakçılarına çatdırmışdır.
Sonra  1918-ci ilin mart soyqrımından bəhs edən “Bakı soyqrımı -1918-ci il” sənədli filmi nümayiş edilmişdir.

Keçidlər