Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan polisinin Sabirabadda məskünlaşan məcburi köçkünlərə bayram sovqatı

15 mart 2014 | 16:00

Novruz bayramı ərəfəsində - martın 14-də  Respublika Daxili İşlər Nazirliyinin idarə rəisi, polkovnik Rahim Qarayevin rəhbərliyi ilə nazirliyin bir qrup əməkdaşı rayonumuzda  məskunlaşan məcburi köçkünlərin qonağı olmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə polkovnik Rahim Qarayev çıxış edərək Daxili İşlər naziri Ramil Usubovun Novruz bayramı münasibətilə təbrik etmiş, onlara cansağlığı diləmiş, tezliklə doğma yurd-yuvalarına qayıtmalarını arzulamışdır. Bildirmişdir ki, burada məskunlaşdıqları vaxtdan Respublika Daxili İşlər Nazirliyi köçkünləri himayəyə götürmüşdür. Nazir və onun müavinləri, şəxsi heyətin üzvləri rayona gələrək erməni təcavüzü nəticəsində yurd-yuvalarından köçkün düşmüş insanlara baş çəkir, onların dərdlərinə şərik olur, maddi yardım göstərir, problemlərinin həllinə kömək edirlər. Qeyd olunmuşdur ki, bu dəfə də Daxili İşlər Nazirliyinin əməkdaşları öz əmək haqlarından topladıqları 40 min manat məbləğində vəsaiti köçkünlərə bayram sovqatı kimi  gətirmişlər.
Natiq daha sonra bildirmişdir ki, ölkə iqtisadiyyatı güclü inkişaf edir. Azərbaycanımızın qüdrətli ordusu vardır. Əminik ki, bu problem tezliklə həllini tapacaq, köçkünlər doğma ata-baba torpaqlarına dönəcəklər. Hazırda köçkünlərə yeni qəsəbələr salınır, onların rifah halı, həyat şəraiti getdikcə yaxşılaşır. Bütün bunlar isə ulu öndər Heydər Əliyevin müdrik siyasəti və onun siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olmuşdur.
Köçkünlərdən - Bilal Hətəmov, Arif Əliyev, Hacı Əlif Muxtarov göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər