Sabirabadda Xocalı soyqrımının ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Xocalı soyqrımının 22-ci ildönümü ilə əlaqədar Sabirabad rayonunda anma mərasimi keçirilmişdir.
Rayonda məskunlaşmış Xocalıdan olan 13 ailəyə rayon icra hakimiyyəti tərəfindən maddi yardım göstərilmişdir.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə xocalılar, ziyalılar və gənclər, ümumilikdə 338 nəfər iştirak etmişdir.
Tədbir iştirakçıları Mərkəzin üçüncü mərtəbəsində təşkil edilmiş “Unutma!” adlı guşələrlə ilə tanış olmuşlar.
Əvvəlcə soyqrım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ereməni işğalçıları tərəfindən Xocalı şəhərinin dinc sakinlərinə qarşı törədilmiş soyqrımı haqqında geniş məlumat vermişdir. Bildirmişdir ki, azərbaycanlılara qarşı planlı şəkildə və davamlı olaraq soyqrımı həyata keçirən ermənilərin Xocalı şəhərində qətlə yetirdikləri, girov götürdükləri sakinlər arasında çoxlu sayda uşaqlar, qadınlar və qocalar olmuşdur.
Natiq Xocalıda törədilmiş qırğının beynəlxalq hüququn normalarına və prinsiplərinə əsasən məhz soyqrımı olduğunu bildirmiş, artıq bir neçə ölkənin və bəzi beynəlxalq təşkilatların Xocalı soyqrımını tanıdıqlarını vurğulamışdır.
Xocalı soyqrımına məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verildiyini bildirən N. İsmayılov, ayrı-ayrı ölkələrdə bu faciyəyə həsr edilmiş tədbirlərin keçirilməsinin dünya içtimaiyyətinin qanlı cinayət barədə daha çox məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində bu istiqamətdə artıq mühüm addımlar atılır.
İcra başçısı Xocalı faciəsi ilə bağlı Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın və Fondun vitse prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan işlərdən, keçirilən tədbirlərdən, nəşr olunan kitablardan, broşürlərdən geniş bəhs etmişdir.
Sonda “Xocalı harayı” sənədli filmi nümayiş olunmuşdur.