Sabirabadda Gənclər Günü qeyd edilmişdir
Yanvarın 31-də Heydər Əliyev Mərkəzində 2 fevral-Azərbaycan Gəncləri Günü təntənəli surətdə qeyd olunmuşdur. Ilk öncə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, xatirəsini yad etmişlər.
Rayon Gənclər və Idman Idarəsinin rəisi Nadir Quliyev ötən il ərzində görülmüş işlərdən danışmış, qazanılmış uğurlar barədə hesabat vermiş və qarşıda duran vəzifələrdən söhbət açmışdır.
N.Quliyev sonda gəncləri bayram münasibətilə təbrik edərək xoş arzularını çatdırmışdır.
Sabirabad Sosial-Iqtisadi Kollecinin tələbəsi Aytac Cəfərli, Olimpiya Idman Kompleksinin direktor müavini Əlisa Abbasov, Debat Ictimai Birliyinin Aran regionu üzrə Sabirabad nümayəndəliyinin rəhbəri Murad Həsənli çıxış edərək gənclərin qarşısında duran vəzifələrdən danışmış, onları təbrik etmişlər.
Rayon Icra Hakimiyyətinin başçısı cənab Nazim Ismayılov çıxış edərək dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışmış, onlara arzu və istəklərini çatdırmışdır. Eyni zamanda ölkəmizin gələcək inkişafında gənclərin qarşısında duran vəzifələri qeyd etmiş, onlara öz tövsiyələrini verərək təhsildə, işlərində uğurlar diləmişdir. Gəncləri bayram münasibətilə təbrik etmişdir.
Ötən il uğurlar qazanmış bir qrup fəal gəncə rayon Gənclər və Idman Idarəsi tərəfindən təsis olunmuş diplomlar, qiymətli hədiyyələr təqdim olunmuşdur.
Rayon Icra Hakimiyyətinin başçısı cənab Nazim Ismayılov «Gənclərin ən yaxın dostu» mükafatına layiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab Ilham Əliyevə gənclər adından yekdilliklə müraciət qəbul olunmuşdur.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.