Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Sabirabadda uşaqlar üçün musiqili və əyləncəli konsert proqramı təşkil olunub

31 may 2025 | 15:25

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılğı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqlar üçün musiqili və əyləncəli konsert proqramı təşkil olunub.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi, Regional Gənclər və İdman İdarəsi və Regional Təhsil İdarəsinin rəsmiləri və digər rəsmi şəxslər iştirak ediblər.

Sabirabad Rayon İcra Hakimiyyəti başıçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev çıxış edərək 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə uşaqları təbrik edib, onların gələcək həyatlarında uğurlar arzulayıblar.

Konsert proqramda Sabirabad şəhərinin müxtəlif ümumtəhsil məktəblərinin və uşaq bağçalarının şagirdləri rəqs, musiqi və vokal nömrələri ilə çıxış ediblər. Uşaqların ifasında maraqlı səhnələr böyük maraqla qarşılanıb.

Bayram tədbiri uşaqların istedadını nümayiş etdirməsi və xoşbəxt anlar yaşaması ilə yadda qalıb.

Keçidlər