Şriftin ölçüsü :

Saytın rəngi :

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə Sabirabad rayonunda silsilə tədbirlər keçirildi

01 iyun 2026 | 15:25

“1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi” günü münasibətilə rayonda fəaliyyət göstərən təhsil və mədəniyyət ocaqlarında bayram tədbirləri keçirilmişdir. Tədbirlərdə Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Təhsil İdarəsi, Mil-Muğan Regional Mədəniyyət İdarəsi, YAP Sabirabad rayon təşkilatının məsul işçiləri, müəllim və şagird kolektivi iştirak etdilər.

Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirlərdədə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirlərdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin hər zaman uşaqlara xüsusi qayğı, diqqət və məhəbbət ilə yanaşdığını, ölkə Prezidenti cənab İlham Əliyevin uşaqların savadlı, sağlam və firavan böyüməsi, rifahının yüksəldilməsi məsələlərini dövlət siyasətinin başlıca istiqamətlərindən biri kimi qəbul etdiyini qeyd edərək, bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirildiyini, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşıldığını vurğulamışlar.

Tədbirlərdə şagirdlər Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, rəqslər ifa edib, şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar, fləşmob, idman nömrələri nümayiş etdiriblər.

Keçidlər