Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN: 30 avqust 2023-cü il tarixdə saat 09:00-dan Sabirabad Mərkəzi Rayon Xəsətəxanasının Poliklinika şöbəsində qanvermə aksiyası keçiriləcəkdir

28 avqust 2023 | 14:25

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara kömək göstərmək, bu insanların həyatlarını xilas etmə yönündə nəcib təşəbbüslər dövlətimizin uğurlu siyasətinin əsas istiqamətlərindəndir.

Sabirabad Rayon İcra Hakimiyyəti, TƏBİB və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə 30 avqust 2023-cü il tarixdə saat 09:00-dan başlayaraq Sabirabad rayonunda qanvermə aksiyası keçiriləcədir. Bu məqsədlə Mərkəzi Rayon Xəsətəxanasının Poliklinika şöbəsində əvvəlcədən hazırlıq işləri görülərək qan götürülməsi üçün lazımi şərait yaradılmışdır.

Milli Hematologiya və Transfiziologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bir qrup əməkdaşının iştirak etdiyi qanvermə aksiyasında könüllü şəkildə iştirak etməyiniz tövsiyyə olunur.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün istifadə olunacaq.

Keçidlər