Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədilə Sabirabad rayon İcra Hakimiyyətinin rəsmi saytında “Elektron müraciət” bölümü və saytımızdan istifadə edən vətəndaşların elektron hökumət portalına birbaşa keçidini təmin etmək üçün "e-gov.az" keçid linki yaradılmışdır.
Elektron hökumət haqqında ümumi məlumat
“E-hökumət” layihəsi “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyaya (2003-2012-ci illər)” əsasən işlənib hazırlanmışdır və “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Layihə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin və operativliyinin yüksəldilməsini, əhali, biznes qurumları, həmçinin öz aralarında əlaqələrin asanlaşdırılması və sərbəstləşdirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutur, vətəndaş-məmur münasibətlərinin yeni müstəvidə qurulmasına, şəffaflığın təmin olunmasına və informasiya tələbatının dolğun ödənilməsinə şərait yaradır.
Layihənin məqsədi
-
Dövlət orqanlarında müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi
-
Dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi
-
İctimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və hökumət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsi
Layihənin həyata keçirilməsinin əsas istiqamətləri
-
E-hökumətin və onun istifadəçilərinin fəaliyyətini tənzimləyən normativ-hüquqi bazanın formalaşdırılması
-
Dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqinin genişləndirilməsi
-
E-hökumət infrastrukturunun əsas komponentlərinin yaradılması
-
“Bir pəncərə” prinsipi əsasında e-xidmətlərin tətbiqi və inkişaf etdirilməsi
-
Dövlət qulluqçularının, İKT üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi
-
E-hökumət infrastrukturunun və informasiya sistemlərinin fəaliyyətinin təhlükəsizliyinin, fərdi məlumatların mühafizəsinin təmin olunması
-
Əhali qruplarının informasiya texnologiyaları sahəsində savadlılıq səviyyəsinin artırılması, e-hökumət xidmətlərinə çıxışının təmin olunması
E-hökumət infrastrukturunun əsas komponentləri
-
Dövlət orqanlarının vahid şəbəkə infrastrukturu
-
E-hökumət portalı
-
E-hökumət şlüzü
-
İnformasiya resursları və sistemlərinin dövlət reyestri
-
E-imza üzrə milli infrastruktur
-
E-sənəd dövriyyəsi üzrə milli infrastruktur (hazırlanmaqdadır)
-
E-hökumət verilənlər mərkəzi (data-center) (hazırlanmaqdadır)
Layihənin əsas üstünlükləri
1. Hökumət üçün
-
Müasir texnologiyaların geniş tətbiqi ilə dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artması
-
Büdcə vəsaitlərinə qənaət edilməsi, dövlət xidmətlərinin göstərilməsi müddəti və xərclərinin azalması
-
Dövlət orqanlarının vahid informasiya fəzasının formalaşması və təhlükəsizliyinin təmin olunması
-
Effektiv, şəffaf, nəzarət oluna bilən dövlət idarəetməsinin və yerli özünüidarəetmənin bərqərar olması
2. Vətəndaşlar üçün
-
Vətəndaşların dövlət idarəçiliyində fəal iştirak etməsi
-
Vətəndaşların dövlət orqanları ilə təmaslarının sadələşdirilməsi, daha münasib və çevik formada həyata keçirilməsi
-
İnformasiya tələbatının dolğun ödənilməsində rahatlıq
-
Məhdud imkanlı insanların dövlət xidmətlərinə çıxış imkanı əldə etməsi
3. Biznes sektoru üçün
-
Dövlət orqanları ilə səmərəli və operativ şəkildə əlaqə qurulması, xərclərin azaldılması
-
İqtisadi aktivliyin, rəqabət qabiliyyətinin və xarici bazarlara çıxış imkanlarının artması
Layihənin icrasından əldə olunacaq nəticələr: E-xidmətlərin göstərilməsi
Vətəndaşlar üçün e-xidmətlər:
-
Gəlir vergisi
-
İş axtarışı (müəssisələrdə vakansiyalar)
-
Sənədlərin verilməsi (pasport və sürücülük vəsiqəsi)
-
Vətəndaşların qeydiyyat aktları (doğum, ölüm, nikah)
-
Avtomobillərin qeydiyyatı
-
“On-layn” ərizə (ali məktəbə daxil olmaq, tikinti aparmağa razılıq almaq, pensiya, müavinət və s. haqqında)
-
Yaşayış yerində qeydiyyat
-
Səhiyyə xidmətləri (e-məsləhət) və s.
Biznes sektoru üçün e-xidmətlər:
-
Sosial fondlara ödəmə
-
E-bəyannamə, e-vergi hesab-fakturası
-
Yeni şirkətlərin qeydiyyatı
-
Gömrük bəyannamələri
-
E-lisenziya
-
E-satınalma, e-kotirovka
-
E-hərrac
-
Arayışların verilməsi və s.