Şriftin ölçüsü :

Saytın rəngi :

Fəaliyyət

Gələcəkdə görüləcək infrastruktur layihələr.

  1. Kanalizasiya sisteminin yenidən qurulması. 
  2. Rayon mərkəzində çirkab sular yığınağı olan “Axmaz” adlanan 30 hektar ərazinin qurudulmasının başa çatdırılması.
  3. 41 minə yaxın əhalisi olan 15 yaşayış məntəqəsini birləşdirən, 60 km uzunluğunda Qalaqayın - Osmanlı stansiyası – Zalqaraağac - Çöl Beşdəli - Çöl Ağaməmmədli -Azadkənd stansiyası - Muğan Gəncəli avtomobil yolunda əsaslı təmir işlərinin başa catdırılması
  4.  Sarxanbəyli - Rüstəmli - Nizami - Çöl Ağaməmmədli - Çiçəkli - Salmanlı yolunun                                     yenidən qurulması işlərinə başlanılmamışdır.
  5. 44 minə yaxın əhalisi olan 18 yaşayış məntəqəsini birləşdirən 36 km uzunluğunda Sabirabad - Axtaçı Muğan - Şirvan avtomobil yolunda əsaslı təmir işlərinin aparılması
  6. 7 min əhalinin yaşadığı 12 kənddə ( Rüstəmli, Nəsimi, Hacıbəbir, Qardaşkənd, Çöl Dəllək, Çöl Beşdəli, Zalqaraağac, Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli, Çöl Ağammədli ) təbii qaz xəttinin çəkilişi
  7. 85 min əhalinin yaşadığı 46 kənddə elektrik təsərrüfatında yenidənqurma işlərinə ehtiyac vardır (həmin kəndlərdə ötən əsrin 60-cı illərində çəkilən xətlərdir). «SMART kart» tipli sayğacların quraşdırılması.
  8. 85 ümumtəhsil məktəbindən 15-nın tikintisi. 13 məktəbin əsaslı təmiri, 8 məktəbdə 980 şagird yerlik 31 əlavə sinif otağının tikintisi.
  9. 7 yeni uşaq bağçasının tikintisi və 5-nin əsaslı təmiri.
  10. Hər biri 15 çarpayılıq olmaqla Yaxa Dəllək, Axısxa və Nizami kənd sahə xəstəxanalarının, 16 kənd həkim məntəqələrinin tikintisi. 15 çarpayılıq Qaratəpə kənd sahə xəstəxanasının, 10 kənd həkim məntəqələrinin əsaslı təmiri.
  11. Ü.Hacıbəyov adına Uşaq Musiqi məktəbində 5 əlavə sinif otağının tikintisi
  12. 11 kənddə (Yastıqobu, Azadkənd, Çığırğan, Minbaşı, Qarağac, Yaxa Dəllək, Beşdəli, Cəngan, Salmanlı, Çiçəkli və Dadaşbəyli)  içməli su xəttinin çərilməsi.
  13. Şəhərdə yaşayan 40, kənddə yaşayan 190 Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mənzil və fərdi yaşayış evlərinin tikintisi.
  14. Rayon mərkəzində üç 60 mənzilli və üç 30 mənzilli yaşayış binasının tikilməsi.
Keçidlər