Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

 

Cabbarov Siraqəddin Nəcəf oğlu - 15 dekabr 1959-cu ildə İmişli rayonunda anadan olmuşdur. 1981-cı ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunu bitirmişdir. İxtisasca mühəndis-mexanikdir.

Əmək fəaliyyətinə 1981-ci ildə Bakı Metaləritmə zavodunda mühəndis-texnoloq kimi başlamış və 1992-ci ilə kimi həmin zavodda komsomol komitəsinin katibi, baş metallurqun müavini, zavod idarəetmə xəttinin rəisi və zavod həmkərlar komitəsinin sədri kimi vəzifələrdə çalışmışdır.

28 avqust 1992-ci ildən 25 aprel 2008-ci ilə kimi Binəqədi rayon İcra Hakimiyyəti başçısı aparatında Mənzil sahələrinin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin müdiri, Təsərrüfat şöbəsinin müdiri, Sosial-iqtisadi məsələlər şöbəsinin müdiri və başçının müavini vəzifələrində, 25 aprel 2008-ci il tarixdən 17 may 2019-cu il tarixədək Saatlı rayon İcra Hakimiyyətinin başçısı işləmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 may 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2017-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir. Beş övladı var.

 

 

Keçidlər