Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclər və idman naziri Fərid Qayıbov Sabirabad rayonunda səfərdə olub

09 aprel 2022 | 16:00

Sabirabad rayonuna səfəri çərçivəsində Sabirabad Olimpiya İdman Kompleksinin şəraiti ilə tanış olan Gənclər və idman naziri Fərid Qayıbov idman qurğularının daha səmərəli və effektiv idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparıb, müvafiq tövsiyələr verib. 
Kompleksdə mövcud idman bölmələrində aktivliyin və peşəkar yanaşmanın artırılmasının, uşaq və gənclərin məşqlərə cəlb edilməsinin, idman  qurğularında marketinq işinin müasir tələblər səviyyəsində qurulmasının vacibliyini vurğulayıb.
Səfər çərçivəsində gənclər və idman naziri Gənclər Mərkəzinin fəaliyyəti ilə də maraqlanıb. Bu mərkəzlərdə gənclər üçün daha da faydalı olacaq yeni bölmələrin yaradılması, yaradıcı gənclərlə işin yüksək səviyyədə təşkili üçün müvafiq tapşırıqlar verib.

Keçidlər