Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda yerləşən N saylı hərbi hissədə Novruz şənliyi təşkil olunub

16 mart 2022 | 16:00

Sabirabad rayonunda yerləşən N saylı hərbi hissədə Novruz şənliyi təşkil olunub. Novruz tədbirində Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Təhsil Nazirliyinin Azad Həmkarlar İttifaqının Sabirabad rayon Komitəsinin sədri Seyidhüseyn Hüseynov, hərbi hissənin şəxsi heyəti, valideynlər iştirak edib.

Əvvəlcə Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər bayram münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik edib, onlara çətin və şərəfli xidmətdə - Vətənin müdafiəsində uğurlar arzulayıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirərək 44 günlük Vətən müharibəsində Zəfər qazanıb. Əsgərlər və zabitlər şərəfli peşə sahibi olduğunu bir daha sübut ediblər. Diqqətə çatdırılıb ki, torpaqlarımız şəhidlərin qanı bahasına azadlığa qovuşub. Bu gün Vətən keşiyində dayanan əsgərlər və zabitlər onlara əmanət olan torpaqları göz bəbəyi kimi qoruyurlar. Daha sonra hərbçilərə bayram sovqatı təqdim olunub.

Tədbir Sabirabad rayon Mədəniyyət Mərkəzinin təşkil etdiyi rəngarəng konsert proqramı ilə davam edib.

Keçidlər