Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Şəhidlərin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub

30 noyabr 2021 | 16:00

Sabirabad rayonunun Yenikənd kəndində Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə inşa edilmiş abidə-bulaq kompleksinin açılış mərasimi keçirilib.

Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayonundan seçilmiş Milli Məclisin deputatı Kamal Cəfərov, YAP Sabirabad rayon təşkilatının səlahiyyətlərini icra edən Məleykə Həsənova, şəhid ailələrinin üzvləri, ictimaiyyətin nümayəndələri və məktəblilər iştirak edib. Abidənin açılışında çıxış edənlər 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Sabirabadlı döyüşçülərin Vətən müharibələrində qəhrəmanlıqlarından, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışılıb. Vurğulanıb ki, məhz onların döyüş əzmi və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, düzgün qərarları sayəsində torpaqlarımız işğaldan azad olunub.

Şəhidlərin xatirəsinə inşa edilən kompleksdə həm Birinci, həm də İkinci Qarabağ müharibəsi şəhidlərin rəsmi vurulub. Kompleksdə şəhidlər haqqında məlumatları əks etdirən monitor quraşdırılıb.

Mərasim iştirakçıları abidə kompleksinin önünə gül dəstələri düzüb, düşmən tapdağı altındakı torpaqlarımızın azad olunmasında qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış döyüşçülərin xatirəsini ehtiramla anıblar.

Keçidlər