Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Təmiz hövzələr" aksiyası çərçivəsində sahilboyu ərazilər tullantılardan təmizlənib

19 iyun 2021 | 16:00

Sabirabad Rayon İcra Hakimiyyətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı "Təmiz hövzələr" aksiyası çərçivəsində Kür çayı su hövzəsinin sahilboyu ətraf əraziləri tullantılardan təmizlənib. Aksiyada rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Yeni Azərbaycan Partiyasının, rayon Gənclər və idman idrəsinin və digər təşkilatların könüllüləri iştirak edib.

"Təmiz hövzələr" aksiyasının keçirilməsində məqsəd daxili su hövzələrinin sahilboyu ətraf ərazilərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin plastik və məişət tullantıları ilə çirkləndirilməsinin qarşısını almaq və bu işlərə daha geniş kütləni cəlb etməklə ölkənin sahilboyu ərazilərinin təmizliyinə nail olmaqdır.

Keçidlər