Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımının 29-cu il dönümü ilə əlaqədar Sabirabadda ağacəkmə aksiyası keçirilmişdir

26 fevral 2021 | 16:00

26 fevral 2021-ci il tarixdə Sabirabad rayonunda “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirilmişdir. Aksiyada rayonun idarə, müəssisələrin kollektivləri və ictimai təşkilatların nümayəndələri iştirak etmişlər. Aksiya iştirakçıları yeni əkilmiş ağaclarla yanaşı, digər ağaclara da aqrotexniki qulluq göstəriblər.

Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən aksiyada Sabirabad şəhərinin küçələrində və rayonun kəndlərində 3000-nə yaxın müxtəlif növ ağac əkilmişdir. 

Keçidlər