Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsmi İrəvan törətdiyi vandalizmə görə cavab verməlidir

19 noyabr 2020 | 16:00

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı bildirmişdir ki, düşmən tərəfindən vurulmuş ziyan hazırda hesablanır. Zərərçəkmiş bütün insanlar dövlət dəstəyi hesabına öz dədə-baba torpaqlarına qayıdacaqlar. Bu işlər planlı şəkildə aparılacaq. İlk növbədə, ziyan hesablanacaq, onun dəqiq uçotu aparılacaq, ondan sonra bərpa-yenidənqurma işləri görüləcəkdir.

Mənfur düşmən vəhşiliklər törədir: evləri və məktəbləri yandırır, ağacları və elektrik xətlərini qırır. Bütün dünya bunu görür, bütün aparıcı beynəlxalq kanallar bunu göstərir.

Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir. İşğal edilmiş bütün ərazilərdə evlər dağıdıb, bütün infrastruktur dağıdıb, bir dənə də salamat bina yoxdur. Bütün dünya görməlidir erməni vəhşiliyi nə deməkdir. Sanki bu torpaqlardan bir vəhşi qəbilə keçib. Onlar hər şeyi dağıdıb, talan edib, Azərbaycanın mədəni, tarixi, dini irsi silmək istəyib.

Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır”, “Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu.   

İnsaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.

Keçidlər