Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan bayrağı Şuşada dalğalanır

08 noyabr 2020 | 16:00

Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu tarixi qələbəni noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində deyib. Dövlət başçısı bildirib ki, böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm! Şuşa bizimdir! Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə o xoş xəbəri qarşılayır. Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Keçidlər