Şriftin ölçüsü :

Saytın rəngi :

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Sabirabad, Saatlı və Hacıqabul rayonların sakinlərini qəbul etmişdir

13 mart 2020 | 16:00

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib.

Qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalmış şəxslərin hüquqi və sosial xidmətlərə yönəldilməsi və digər məsələlərə baxılıb. 

Qəbulda vətəndaşların Komitənin səlahiyyətləri çərçivəsində müraciətləri müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb və aidiyyəti üzrə tədbirlər görülüb.

Keçidlər