Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar görüş-qəbul Güdəcühür kəndində keçirilmişdir

14 fevral 2020 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar görüş-qəbulu Güdəcühür kənd sakinlərilə keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.

Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər. Kənd sakinləri görüş-qəbul zamanı kənddə təsərrüfatdaxili kollektorların, su kanallarının, baş dren-kollektorun lildən təmizlənməsini, yolların təmirini və digər məsələlərin həll olunmasını xahiş etmişlər.

Görüş-qəbulda rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər