Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Şıx Salahlı kəndində növbəti səyyar görüş-qəbul keçirmişdir

11 fevral 2020 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Şıx Salahlı kəndində səyyar görüş-qəbul keçirmişdir. Görüşü rayon İcra Hakimiyyətinin başçısı açaraq qeyd etmişdir ki, mütamadi olaraq əhali ilə keçirilən görüşlərdə əsas məqsəd kəndlərdə ümumi vəziyyəti öyrənmək və narahatçılıq yaradan məsələləri həll etməkdir. İcra başçısı ölkədə həyata keçirilən geniş sosial islahatlatlardan və o həmçinin kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən və bu sahəyə göstərilən diqqət və qayğıdan danışmışdır.

Görüşdə iştirak edən 110 nəfər kənd sakininindən 8 nəfərin çıxışı qeydə alınmışdır. Çıxış edənlər su kanallarının, dren-kollektorların lildən təmizlənməsi, yolların təmiri və digər məsələlərin həll olunmasına köməklik göstərilməsini xahiş etmişlər.

İcra başçısı 9 kənd sakinini də xahişlərilə fərdi qəbul etmişdir.

Qaldırılan məsələlər aidiyyəti idarələrə tapşırılmış və icrası nəzarətə götürülmüşdür.

Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər