Şriftin ölçüsü :

Saytın rəngi :

Çöl Beşdəli kəndində səyyar görüş-qəbul keçirilib

06 fevral 2020 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun növbəti səyyar görüş-qəbulu rayonun Çöl Beşdəli kəndində keçirilmişdir. Görüşdə rayonun əlaqədar xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. Görüş iştirakçılarını salamlayan İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri, iqtisadi və sosial sahələrin sürətli inkişafını təmin edən genişmiqyaslı layihələr barədə ətraflı məlumat vermişdir.

Görüşdə çıxış edən kənd sakinlərindən İlyas Nağdəliyev, Elşən İsrafilov, Ərrəhman Babayev və başqaları kənddə mövcud problemlərdən danışmışlar. Qaldırılan məsələlərin bir çoxu yerindəcə həll olunmuş, vaxt tələb edən məsələlərlə əlaqədar aidiyyatı təşkilat rəhbərlərinə göstrəiş verilmişdir.

Keçidlər