Şriftin ölçüsü :

Saytın rəngi :

"Azərsu" ASC-nin sədr müavini Sabirabad şəhərlərində vətəndaşları qəbul edib

13 dekabr 2019 | 16:00

 Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədrinin birinci müavini Teyyub Cabbarov Sabirabad şəhərində Sabirabad və Saatlı rayonlarından olan sakinlərlə görüşüb. Qəbullardan əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub.

Qəbulda Sabirabad və Saatlı rayon sakinlərinin müraciət və şikayətlərinə baxılıb. Müraciətlər içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Keçidlər