Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Sabirabad şəhər sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirmişdir

12 noyabr 2019 | 16:00

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Gənclər Mərkəzində Sabirabad şəhər sakinləri ilə növbəti səyyar görüş-qəbul keçirmişdir. Səyyar qəbulda rayon İcra Hakimiyyəti başçısı aparatının, məsul işçiləri, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak etmişlər.

Qəbulda İcra Hakimiyyətinin başçısı S.Cabbarov rayonda aparılan abadlıq və yenidənqurma işlərindən, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirmişdir.

Qəbulda sakinlər kanalizasiya sisteminin yenidən qurulması, M.Məmmədov və R.Behbudov küçələrinə asfalt örtük vurulması və digər sosial problemlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısına müraciət etmişlər.

Rayon rəhbəri tərəfindən vətəndaşların təklif, müraciət və şikayətləri dinlənilib, onları narahat edən bu və ya digər məsələlərlə bağlı verdikləri suallar ətraflı cavablandırılıb.

Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyatı qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.

Keçidlər