Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Dövlət Bayrağı Günü münasibətilə “Bayraq yürüşü” keçirilmişdir

07 noyabr 2019 | 16:00

“9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” ilə əlaqədar Sabirabad rayon İcra Hakimiyyəti və Sabirabad rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə bayraq yürüşü keçirilmişdir. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın, xüsusilə bayrağımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. 2000-dək yeniyetmə və gəncin qatıldığı yürüş Ümummilli Lider Heydər Əliyevin abidəsindən başlayıb və Bayraq Meydanı Kompleksinədək davam etmişdir. Tədbir Bayraq Meydanında gənclərin flaşmobu və maraqlı konsert proqramı ilə yekunlaşıb. 

Keçidlər