Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda ağacəkmə kompaniyası keçirilmişdir

20 sentyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncam ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan olunması ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 2019-cu ilin payız əkini mövsümündə bölgələrdə bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə sabirabadlılar da həvəslə qoşulmuşlar.

Son iki gündə Hacıqabul-Bəhrəmtəpə-Horadiz avtomobil yolunun Sabirabad rayonu ərazisindən keçən hissəsinə 10 minə yaxın həmişəyaşıl ağac və gül kolları əkilmişdir.

Keçidlər