Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Mədəniyyət Mərkəzində yüksək nəticə ilə ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilmişdir

27 avqust 2019 | 16:00

Sabirabad rayon Mədəniyyət Mərkəzində 2018/2019-cu tədris ilində rayonun tam orta məktəblərini bitirərək yüksək nəticə ilə ali məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının, rayon Təhsil şöbəsinin məsul işçiləri, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri, cari ildə ali məktəblərə qəbul olmuş tələbələr iştirak etmişlər.

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yığıncaqda çıxış edərək ali məktəb tələbəsi adını qazanmış bütün məzunları səmimi qəlbdən təbrik etmiş, onlara xoşbəxtlik, ali təhsil ocaqlarında daha böyük müvəffəqiyyətlər arzulamışdır. O qeyd etmişdir ki, Azərbaycanda təhsil sahəsində əldə etdilmiş uğurlar Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Təhsil millətin gələcəyidir” - deyən Ümummilli lider ölkəmizdə təhsil sahəsində aparılan islahatların əsasını qoymuş və burada əsas məqsəd Azərbaycan təhsilinin yüksək inkişaf etmiş ölkələrin təhsil sisteminə inteqrasiya olunmaq, milli dəyərləri qoruyub saxlamaq şərtilə dünya təcrübəsindən maksimum bəhrələnmək olmuşdur. İslahatlar kursunun mübariz davamçısı cənab Prezident İlham Əliyev yüksək intellektə malik gənclərin yetişməsində ümumtəhsil məktəblərinin rolunu yüksək qiymətləndirmişdir. Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, təhsili idarəetmə sisteminin yenidən qurulması, kadr hazırlığının gücləndirilməsi, müəllim peşəsinin nüfuzunun artırılması, müasir təfəkkürlü Azərbaycan vətəndaşının yetişdirilməsi əsas hədəflər kimi götürülmüşdür.

Bu il rayonun tam orta məktəblərini 1218 məzun bitirmişdir. Ali məktəblərə 597 nəfər sənəd təqdim etmiş və bunlardan 345 nəfər qəbul olmuşdur. Dövlət ali təhsil müəssisələrinə qəbul olanların sayı 267 nəfərdir. Tələbələr birinci kursdan seçdikləri ixtisası mükəmməl öyrənməli, milli dəyərlərə sadiq olmalı, fiziki və mənəvi cəhətdən sağlam böyüməlidirlər.

Yığıncaqda rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin kimya miəllimi Sahir Əlizadə, valideyn Zahid Ələsgərov, 654 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasına qəbul olmuş Nizami Gəncəvi adına 5 saylı tam orta məktəbin məzunu Heydər Ələsgərov, keçən tədris ilində 690 balla Bakı Ali Neft Məktəbinə qəbul olmuş Nəriman Nərimanov adına 2 saylı məktəb-liseyin məzunu Turə Qənizadə çıxış etmişlər.

Tədbirin sonunda 500-dən yuxarı bal toplamış tələbələrə hədiyyə və mükafatlar təqdim edilmişdir.

Keçidlər