Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda intellektual yarış keçirilmişdir

31 may 2019 | 16:00

Sabirabad rayon Gənclər Mərkəzində Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında Mənəvi Dəyərlərin Təbliği Fondu və Təhsil Nazirliyi mənəvi dəyərlərin təbliği və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi məqsədilə «Dəyərlərimizi öyrənək» mövzusunda intellektual yarış keçirmişdir. Tədbirdən əvvəl Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir. Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi Cavanşir Nəsirov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Rəfi Qurbanov, rayon Təhsil şöbəsinin müdir müavini Azər Quliyev yarış iştirakçıları qarşısında çıxış etmişlər.

Qalib komanda üzvlərinə diplom və sertifikatlar təqdim edilmişdir.

Keçidlər