Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Kovlar kəndində növbəti səyyar qəbul-görüşü keçirib

04 iyun 2019 | 16:00

İyunun 4-də Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Kovlar kəndində əhali ilə növbəti səyyar qəbul-görüşü keçirilib.

Kovlar kəndinin sakinləri ilə görüşdə rayon Icra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.

Kənd sakinləri ilə görüşü giriş nitqi ilə açan Siraqəddin Cabbarov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafına yönəldilən səmərəli, ardıcıl və məqsədyönlü tədbirlər görülür, yeni iş yerləri yaradılır, yoxsulluğun aradan qaldırılmasına, kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin artırılmasına hərtərəfli qayğı göstərilir.

Qəbulda kənd sakinləri dren-kollektorların lildən təmizlənməsi, su nasos stansiyasına xidmət edən elektrik transformatorunun gücünün artırılması, kənd yollarının hamarlanması və digər problemlərinin həllinə köməklik göstərilməsini xahiş ediblər. Bütün bunlar nəzərə alınaraq qaldırılan məsələlərin həll olunması üçün rayon İcra Hakimiyyətinin başçısı yerindəcə aidiyyatı təşkilatların rəhbərlərinə göstəriş və tapşırıqlarını verib.

Keçidlər